BAXCP sədri Qüdrət Həsənquliyev və BQP başqanı Fazil Qəzənfəroğlu Milli Məclisdə MSK-nın formalaşması prinsiplərinə etiraz ediblər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfəroğlu Milli Məclisin bugünkü iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) formalaşması prinsiplərinə etiraz ediblər. APA-nın məlumatına görə, millət vəkilləri MSK-da parlament azlığı üçün boş qalmış 4 yerin 4 partiya üçün nəzərdə tutulması müqabilində 3 partiyaya 1 yerin verilməsinin ədalətsizlik olduğunu qeyd ediblər. Millət vəkilləri Ədalət, Müsavat, Vətəndaş Həmrəyliyi və Ümid partiyalarının hər birinin MSK-da 1 nümayəndə, BAXCP, BQP və Demokratik İslahatlar Partiyasının isə ümumilikdə 1 nümayəndə ilə təmsil olunacağı halda, parlament azlığı arasında balansın pozulacağını qeyd ediblər. Buna görə də onlar məsələnin parlamentin gündəliyindən çıxarılmasını istəyiblər. Spiker Oqtay Əsədov isə deputatlara xatırladıb ki, ötən il MSK-nın tərkibi formalaşan zaman onların özləri təklif olunan variantla razılaşıblar. Buna görə də spiket etirazın əsasının olmadığını bildirib. Fazil Qəzənfəroğlu, Pənah Hüseyn, Cəmil Həsənli öz çıxışlarında həmçinin Dağlıq Qarabağda keçirilmiş referendumu pisləyiblər və Azərbaycan hakimiyyətinin buna sərt münasibət bildirməsini istəyiblər. Onlar həmçinin problemin həlli ilə bağlı prezidentlər arasında aparılan danışıqların deputatlar üçün açıqlanmasını və razılaşmayan məqamlarla bağlı məlumatların verilməsini istəyiblər. Spiker Oqtay Əsədov və AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildiriblər ki, referendumla bağlı həm dünya ictimaiyyəti, həm də Azərbaycan hökuməti öz mövqeyini bildirib və bunu pisləyiblər. /APA/
Daxili siyasət

Deputat: Şuşa həbsxanası ərazisindəki kütləvi məzarlıq, qətliam Ermənistanın humanitar hüquqa hörmətsizliyinin növbəti sübutudur

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Sahil Babayev: Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir
