Milli Məclisin sədri Oqtay Əsədov Rumıniyaya gedəcək

Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 18-20-də Rumıniyada səfərdə olacaq. Bu barədə APA-ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, 2 gün davam edəcək səfər zamanı O. Əsədov Rumıniyanın prezidenti, parlament sədri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla Rumunıya arasında münasibətlərin inkişaf etdirilməsi, parlamentlər arasında əlaqələrin genişlənməsi müzakirə ediləcək. Səfər çərçivəsində hər hansı sənədin imzalanması nəzərdə tutulmur. O. Əsədovu Milli Məclisin bir qrup deputatı müşayiət edəcək. /APA/
Daxili siyasət

Deputat: Şuşa həbsxanası ərazisindəki kütləvi məzarlıq, qətliam Ermənistanın humanitar hüquqa hörmətsizliyinin növbəti sübutudur

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Sahil Babayev: Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir
