Ombudsman Elmira Süleymanova: “Yaxın günlərdə “Amnistiya haqqında” qanunun qəbulu gözlənilmir”

Ombudsman Elmira Süleymanova: “Yaxın günlərdə “Amnistiya haqqında” qanunun qəbulu gözlənilmir”
# 15 dekabr 2006 13:18 (UTC +04:00)
Yaxın günlərdə “Amnistiya haqqında” qanunun qəbulu gözlənilmir. APA-nın məlumatına görə, bu barədə Ombudsman Elmira Süleymanova məlumat verib. E. Süleymanova bildirib ki, belə bir qanunun qəbulu ilə bağlı son vaxtlar yayılan məlumatlar həqiqətə uyğun deyil. Ombudsmanın sözlərinə görə, “Amnistiya haqqında” qanunla bağlı layihə yoxdur. O, Yeni il ərəfəsində əfv fərmanının imzalanacağı barədə məlumatsız olduğunu, lakin ahıl, qadın, uşaq və xəstə məhkumların əfv olunması üçün prezidentə müraciət etdiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR