VHP sədri Sabir Rüstəmxanlı YAP icraçı katibi Əli Əhmədova məktub göndərib

VHP sədri Sabir Rüstəmxanlı YAP icraçı katibi Əli Əhmədova məktub göndərib
# 15 dekabr 2006 13:24 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı iqtidar-müxalifət dialoqunun gündəmə gəlməsi ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədova məktubla müraciət edib. VHP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Rüstəmxanlı Dağlıq Qarabağ problemi ilə bağlı iqtidar və müxalifət təmsilçilərinin qapalı müzakirələr aparmasını təklif edib: “Xarici işlər naziri Elmar Məmmədyarovun Qarabağın azərbaycanlı icmasının öz yurd-yuvalarına qayıtmasından və erməni-azərbaycanlı icmaları arasında humanitar sahədə əlaqələrin qurulmasından 15 il sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı referendum keçirilməsinə Azərbaycan tərəfinin razı olduğu barədə açıqlaması ictimaiyyəti, o cümlədən siyasi partiyaları həddindən artıq narahat edir”. S. Rüstəmxanlı VHP-nin iqtidar-müxalifət dialoquna ev sahibliyi etməyə hazır olduğunu da bildirib.
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə APA-ya açıqlamasında sözügedən müraciətlə bağlı heç bir məlumatının olmadığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR