Ombudsman Elmira Süleymanova: “Hər hansı polis idarəsinin əməkdaşı tərəfindən saxlanılan şəxslərə işgəncə verilirsə və ya həmin şəxslər işgəncə nəticəsində dünyaların dəyişirsə, polis idarəsinin rəisi mütləq cəzalandırılmalıdır”

Ombudsman Elmira Süleymanova: “Hər hansı polis idarəsinin əməkdaşı tərəfindən saxlanılan şəxslərə işgəncə verilirsə və ya həmin şəxslər işgəncə nəticəsində dünyaların dəyişirsə, polis idarəsinin rəisi mütləq cəzalandırılmalıdır”
# 15 dekabr 2006 13:45 (UTC +04:00)
“Hər hansı polis idarəsinin əməkdaşı tərəfindən saxlanılan şəxslərə işgəncə verilirsə və ya həmin şəxslər işgəncə nəticəsində dünyaların dəyişirsə, polis idarəsinin rəisi mütləq cəzalandırılmalıdır”. Bunu APA-nın sualını cavablandıran ombudsman Elmira Süleymanova deyib. Ombudsman bildirib ki, artıq bu məsələni lazımi instansiyalarda qaldırıb. E. Süleymanova polis idarələrinin müvəqqəti saxlanma məntəqələrinin Avropa standartlarına cavab verdiyini, saxlanılan şəxslərin saxlanma şəraitindən şikayətlərinin olmadığını deyib: “İşgəncələrlə bağlı şikayətlərin sayı xeyli azalıb. Bu, bizim işgəncələrə qarşı Konvensiyalara qoşulmağımızla bağlıdır. Polis idarələrinin müvəqqəti saxlama məntəqələri tez-tez yoxlanılır. Saxlanılan şəxslərlə qarşı pis rəftarla bağlı müvəqqəti saxlama yerlərində hər hansı hadisəni müşahidə etməmişik. Məlumatlar var ki, saxlanılan şəxslər saxlanma yerlərinə gətirilməzdən əvvəl döyülür, onlara işgəncə verilir”. Ombudsman daxil olan şikayətlərin araşdırıldığını, təqsirkar şəxslər barədə ölçü götürülməsi üçün aidiyyatı instansiyalara göndərildiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR