AXCP bu ilə planlaşdırdığı qurultayını keçirə bilməyəcək

AXCP bu ilə planlaşdırdığı qurultayını keçirə bilməyəcək
# 15 dekabr 2006 14:52 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qərargahından çıxarıldığı üçün bu ilə planlaşdırdığı qurultayını keçirə bilməyəcək. Bu barədə APA-ya partiya Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, qurultayın keçirilməsi üçün müəyyən hazırlıqlar görülmüşdü, lakin qərargah problemi hazırlıqları yekunlaşdırmağa imkan vermədiyindən qurultayın növbəti ilə saxlanılması qərara alınıb. Q. Əlibəyli bildirib ki, nizamnaməyə əsasən qurultay 2006-cı ildə keçirilməlidir, ona görə də partiya ən geci 2007-ci ilin birinci yarısında öz qurultayını keçirəcək. Hazırda partiyanın mərkəzi orqanlarının öz iclaslarını ADP qərargahına keçirdiyini deyən Q. Əlibəyli Ali Məclisin növbəti toplantısının da ADP-də keçiriləcəyini açıqlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR