Prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev: “Ailəli çağırışçıların ailə üzvlərinə hər ay verilən 20 AZN kompensasiyanın artırılması nəzərdə tutulur”

Prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev: “Ailəli çağırışçıların ailə üzvlərinə hər ay verilən 20 AZN kompensasiyanın artırılması nəzərdə tutulur”
# 15 dekabr 2006 15:13 (UTC +04:00)
“Ədalət prinsiplərini əsas götürərək ali təhsil almış vətəndaşlarla bu statusa malik olmayan şəxslərin hərbi xidmət müddətini eyniləşdirməyi təklif etmişik”. Bu eksklüziv açıqlamanı APA-ya prezidentin hərbi məsələlər üzrə müşaviri, general-leytenant Vahid Əliyev verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərarı Milli Məclis verəcək: “Hərbi xidmət müddəti hamı üçün eyni olmalıdır. Gələcəkdə dövlət tərəfindən ailəli çağırışçıların ailə üzvlərinə hər ay verilən 20 AZN kompensasiyanın artırılması da nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələdə hansısa problem olmayacaq. Azərbaycan müharibə şəraitində yaşadığından hamı hərbi xidmət keçməlidir”. Vahid Əliyev vurğulayıb ki, “Hərbi xidmət keçmə haqqında” haqqında qanuna bu əlavə və dəyişikliklər qəbul edilsə belə, Silahlı Qüvvələrə çağırış və tərxis olunmanın ildə iki dəfə həyata keçirilməsi nəzərdə tutulmur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR