Müsavat Partiyasının başqanı İsa Qəmbər İsveçin "Palme" Beynəlxalq Mərkəzinin proqram direktoru Cohanna Linderlə görüşüb

Müsavat Partiyasının başqanı İsa Qəmbər İsveçin "Palme" Beynəlxalq Mərkəzinin proqram direktoru Cohanna Linderlə görüşüb
# 15 dekabr 2006 15:46 (UTC +04:00)
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər İsveçin "Palme" Beynəlxalq Mərkəzinin proqram direktoru Cohanna Linderlə görüşüb. Bu barədə APA-ya Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə Azərbaycan-Avropa, Azərbaycan-İsveç əlaqələri və inkişaf perspektivləri müzakirə edilib. Bundan əlavə, Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiya, insan hüquqları, mətbuat azadlığı sahəsində yaranmış problemlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR