Dekabrın 18-də AŞPA Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin iclası keçiriləcək

Dekabrın 18-də AŞPA Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin iclası keçiriləcək
# 15 dekabr 2006 16:09 (UTC +04:00)
Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycandan deputat Rafael Hüseynov iştirak edəcək. Tədbirdə ABŞ və beynəlxalq hüquq, Avropada insan hüquqları və demokratiyanın vəziyyəti, Böyük Britaniyanın bəzi suveren ərazilərində sakinlərin durumu, uşaq əməyinin istismarına və digər zorakılıq formalarına qarşı hüquqi vasitələrdən istifadə, Çernoqoriya Respublikasının Avropa Şurası üzvlüyünə qəbulu və digər məsələlər müzakirə olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR