Həsrət Rüstəmov: “Söz və Mətbuat Azadlığının Müdafiəsinin Koordinasiya Şurası iclas keçirmirsə, deməli gündəlikdə məsələ yoxdur”

Həsrət Rüstəmov: “Söz və Mətbuat Azadlığının Müdafiəsinin Koordinasiya Şurası iclas keçirmirsə, deməli gündəlikdə məsələ yoxdur”
# 15 dekabr 2006 16:09 (UTC +04:00)
“Söz və Mətbuat Azadlığının Müdafiəsinin Koordinasiya Şurasının iclaslarının keçirilməməsinin heç bir əsası yoxdur. Mətbuata təzyiqlərin qaldığı bir vaxtda şura tərəfindən konkret addımların atılması ilə bağlı qərarlar qəbul edilməlidir”. Bu fikirləri APA-ya açıqlamasında AXCP-nin Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, mətbuata təhlükə hələ də davam edir və buna görə də şura öz fəaliyyətini davam etdirməlidir: “Mənə elə gəlir ki, şuranın koordinatoru və digər təmsilçilər fəaliyyətini daha da aktivləşdirməlidir”. ADP-nin təşkilat şöbəsinin müdiri Həsrət Rüstəmov da hesab edir ki, şura öz fəaliyyətini davam etdirməlidir: “Amma iclaslar keçirilmirsə, deməli gündəlikdə hər hansı məsələ yoxdur”. Koordinasiya Şurasının fəaliyyətinin effektli olduğunu bildirən H. Rüstəmov hesab edir ki, əgər bu qurum yaradılmasa, o zaman ANS-in yayımının bərpası da mümkün olmazdı: “Amma təssüf ki, şura Xaqani, 33 ünvanından çıxarılmış təşkilatların normal bir yerlə təmin olunmasına nail ola bilmədi”. ALP-nin sədr əvəzi Əvəz Temirxan isə Koordinasiya Şurasının fəaliyyətindən tam razı olduğunu deyib. O, şuranın fəaliyyətini davam etdirməsinin zəruri olduğunu qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR