Kommunal xidmətlərdən pulsuz istifadənin qarşısını almaq məqsədilə bir sıra hüquqi aktlara dəyişikliklər ediləcək

APA-nı məlumatına görə, deputatlar parlamentin ötən iclasından müzakirəsi yarımçıq qalan “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında” qanun layihəsini qəbul ediblər. Bundan sonra bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə olunub. Sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, qaz, su və elektrik enerjisinin talanmasının qarşısını almaq məqsədilə Mülki Prosessual, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər olunacaq. Ə. Hüseynov deyib ki, bu qanunun qəbul olunmasında məqsəd əhalini nizam-intizama dəvət etməkdir. Müzakirələr zamanı çıxış edən deputatlar əlavə və dəyişikliklərin sayğaclaşdırma prosesi başa çatdıqdan sonra qəbul edilməsini vacib sayıblar. Qənirə Paşayeva qanunun qəbulunun əhali arasında narazılıq yaradacağını deyib. P. Hüseyn isə qanunun qəbuluna tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, əhali istifadə etdiyi qaz, su və elektrik enerjisinin pulunu ödəməlidir. Qüdrət Həsənquliyev məsələnin gündəlikdən çıxarılmasını və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə olunmasını istəyib. Müzakirələr növbəti iclasda davam etdiriləcək. /APA/
Daxili siyasət

İcma sədrinin müavini: “Ermənistan Konstitusiyası Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların təhlükəsizliyinin təminatçısı olmalıdır” - MÜSAHİBƏ

“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib
