Xələf Xələfov: “Xəzəryanı dövlətlərin sammitinin keçirilməsi üçün əvvəlcə prinsipial məsəllər həll olunmalıdır”

Xələf Xələfov: “Xəzəryanı dövlətlərin sammitinin keçirilməsi üçün əvvəlcə prinsipial məsəllər həll olunmalıdır”
# 15 dekabr 2006 16:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov verib. Onun sözlərinə görə, prinsipial məsələlər həllini tapdıqdan sonra sahilyanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Xələf Xələfov yalnız xarici siyasət idarələri rəhbərlərinin görüşündən sonra sammit barədə danışmağın mümkün olduğunu deyib. Qeyd edək ki, İranın xarici işlər naziri Manüçöhr Mottaki Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti gələn ilin ilk rübündə Tehranda keçiriləcəyini bildirib. O, artıq sammitlə bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevə rəsmi dəvət göndərildiyini, prezidentin bu təklifə müsbət cavab verdiyini deyib. İran prezidentinin Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mehdi Səfəri isə ölkəsinin sahilyanı dövlətlərin iştirakı ilə sammit keçirilməsini məqsədəuyğun saydığını bildirib. “Əgər, o vaxta kimi Xəzərin hüquqi statusuna dair Konvensiya hazır olmasa belə, sahilyanı dövlətlərin regional əməkdaşlıq, təhlükəsizlik məsələləri ilə bağlı müzakirə edəcəyi çox məsələlər var”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR