Elmar Məmmədyarov: “Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların predmeti deyil”

Elmar Məmmədyarov: “Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların predmeti deyil”
# 15 dekabr 2006 18:04 (UTC +04:00)
Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov verib. Ermənistan xarici siyasət idarəsinin rəhbəri Vardan Oskanyanın “Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqlar predmeti deyil” fikrinə münasibət bildirən XİN başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq: “Ona görə də Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqların predmeti deyil”. Nizamlanma prosesində bir çox məsələlərin razılaşdırılmasına baxmayaraq, danışıqların davam etdiyini deyən E. Məmmədyarov həmsədrlərin ATƏT-in yeni sədri olan İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinosa danışıqların gedişi barədə məlumat verdiyini bildirib. Onun sözlərinə görə, 2007-ci ilin əvvəlində ATƏT-in yeni sədri Azərbaycana səfər edəcək: “Səfərin dəqiq vaxtı bilinmir. Amma səfər çərçivəsində Azərbaycanda İspaniyanın səfirliyinin açılması məsələsi artıq razılaşdırılıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR