Vasili İstratov: “Rusiyada əmək mühacirlərinin statusu ilə bağlı yeni qanunun tətbiqi bu ölkədə çalışan azərbaycanlılara problem yaratmayacaq”

“Rusiyada əmək mühacirlərinin statusu ilə bağlı yeni qanunun tətbiqi bu ölkədə çalışan azərbaycanlılara problem yaratmayacaq”. APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Bu qanunun ölkənin ticarət obyektlərində qayda-qanun yaratmaq məqsədilə qəbul edildiyini bildirən səfirin sözlərinə görə, Rusiya bu addımı hələ 10 il əvvəl atmağı planlaşdırsa da, o zaman müəyyən səbəblərdən bu, baş tutmayıb: “Yeni qanunun sırf azərbaycanlılara qarşı yönəldiyi barədə fikirlər kökündən yanlışdır. Azərbaycanlılar qanunun tələblərinə əməl etsələr, onların Rusiyada çalışması üçün heç bir problem yaranmayacaq”. /APA/
Daxili siyasət

Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilir

MSK Katibliyinin yeni strukturu təsdiqlənib

Azərbaycanla 81 seçki dairəsinin sərhədləri müəyyənləşib
