Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər
# 16 dekabr 2006 09:57 (UTC +04:00)
Bundan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Suraxanı rayon Yanğından Mühafizə Hissəsinin yeni binasının açılışı olub, yeni binaya, yanğınsöndürmə texnikasına və yeni geyim formalarına baxış keçirilib. Bu gün, həmçinin, FHN üçün alınmış yeni texnikaların və vertolyotun təqdimat mərasimi olub. Nazir K.Heydərov FHN-in şəxsi heyətinin qarşısında çıxış edərək qurumun əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib. K.Heydərov deyib ki, nazirlik yaradılandan qısa müddət keçməsinə baxmayaraq, qurum üçün müasir texniki avadanlıqlar alınıb, bütün ölkə ərazisində yanğınsöndürmə və xilasetmə məntəqələri yaradılıb. Nazir bildirib ki, bu gün qarşıda duran əsas vəzifə təhlükəsizliyin təmin olunmasıdır. K.Heydərov təqdimatı keçirilən texnikaların Almaniya, İtaliya, Fransa, Rusiya və digər ölkələrdən alındığını qeyd edib: “Texnikaların alınması gələcəkdə də davam etdiriləcək”. K.Heydərov FHN üçün kadrların hazırlanmasından ötrü Rusiya, Ukrayna Türkiyə Fransa və digər ölkələrlə əməkdaşlıq edildiyini də vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR