Vahid Əliyev: “Gələn il Azərbaycan Silahlı Qüvvələrində mühüm dəyişikliklər baş verəcək”

Vahid Əliyev: “Gələn il Azərbaycan Silahlı Qüvvələrində mühüm dəyişikliklər baş verəcək”
# 16 dekabr 2006 10:20 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri, general-leytenant Vahid Əliyev deyib. V.Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti ilə NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) 2008-ci ilin yanvarında başa çatır. Bundan sonra Azərbaycan-NATO əməkdaşlığının İntensiv Dialoq mərhələsi başlayacaq: “Azərbaycan postsovet ölkələri arasında İPAP üzrə ən mütəşəkkil iş aparan ölkədir. Gələn il Azərbaycan Silahlı Qüvvələrində İPAP üzrə bir sıra mühüm dəyişiklik baş verəcək. Artıq Bakı korpusu bütünlüklə NATO standartlarına keçib”.
V.Əliyev Silahlı Qüvvələrin Birləşmiş Qərargahlarının yaradılmasının gündəlikdə olmadığını bildirsə də, bu məsələnin gələn il müzakirəyə çıxarılmasını istisna etməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR