Dekabrın 18-də Azərbaycan və Rusiyanın birgə parlamentlərarası komissiyasının altıncı iclası keçiriləcək

Dekabrın 18-də Azərbaycan və Rusiyanın birgə parlamentlərarası komissiyasının altıncı iclası keçiriləcək
# 16 dekabr 2006 10:49 (UTC +04:00)
Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda iki ölkə qanunvericiliyinin uzlaşmayan məqamları araşdırılacaq, bu sahədə mövcud olan problemlərin həlli yolları müzakirə ediləcək.
Nümayəndə heyətinə Federasiya Şurasının sədr müavini Svetlana Orlova başçılıq edəcək. Rusiyalı deputatların Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Qonaqları Azərbaycan prezidenti İlham Əliyevin də qəbul edəcəyi gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR