Yeni Azərbaycan Partiyası Səbayel rayon təşkilatının konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Səbayel rayon təşkilatının konfransı keçirilib
# 16 dekabr 2006 13:24 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbayel rayon təşkilatının VII konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda 431 nümayəndə iştirak edib. Səbayel təşkilatının sədri Zahid Qaralov çıxışında rayon təşkilatının 20 min üzvünün olduğunu, onların 36 milləti təmsil etdiyini deyib. Konfransda Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) hesabatı dinlənildikdən sonra çıxışlar olub. YAP-ın icra katibi Əli Əhmədov çıxışında yerli təşkilatı 2008-ci ildə keçiriləcək prezident seçkisinə hazırlaşmağa çağırıb: “Partiyanın bütün üzvləri öz imkanlarını səfərbər etməlidir”.
Konfransda Zahid Qaralov yenidən rayon təşkilatının sədri seçilib. 105 nəfərdən ibarət Şuranın, 29 nəfərdən ibarət İdarə Heyətinin və 9 nəfərdən ibarət MNTK-nın tərkibi müəyyənləşib. Konfransın sonunda partiyanın sədri, prezident İlham Əliyevə müraciət qəbul olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR