Piter Semnebi: “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər əməkdaşlıq mərhələsindən inteqrasiya mərhələsinə keçir”

Piter Semnebi: “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər əməkdaşlıq mərhələsindən inteqrasiya mərhələsinə keçir”
# 16 dekabr 2006 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, P.Semnebi səfər çərçivəsində hakimiyyət təmsilçiləri, QHT üzləri və hüquq müdafiəçiləri ilə görüşlər keçirdiyini deyib. Onun sözlərinə görə, görüşlərdə Avropa yeni Qonşuluq Siyasəti, insan haqları və söz azadlığının vəziyyəti əsas müzakirə mövzusu olub: “Bu mənim Bakıya ikinci səfərimdir. Birinci dəfə Bakıya “Avropa üçlüyü”nün tərkibində gəlmişdim. Artıq Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər əməkdaşlıq mərhələsindən inteqrasiya mərhələsinə keçir”.
P.Semnebi ANS-lə bağlı yaranmış problemin həllindən razı qaldığını deyib. O, Avropa Yeni Qonşuluq Siyasətində əksini tapmış mətbuatın azadlığı və digər məsələlərə dair müzakirələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb: “Biz media məsələlərinə böyük önəm veririk və bu, hakimiyyət nümayəndələri ilə görüşlərdə də diqqət mərkəzində olub”. P.Semnebi qeyd edib ki, 2007-ci ildə Aİ-nin Azərbaycanda nümayəndəliyinin açılması nəzərdə tutulur: “Bundan sonra müəyyən məsələlərin həlli daha da asanlaşacaq, hər il ölkədəki vəziyyətlə bağlı hesabat hazırlanacaq”. P.Semnebi yalnız hakimiyyət nümayəndələri ilə deyil, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də dialoq aparılacağını diqqətə çatdırıb. Jurnalistlərin suallarının cavabında xüsusi nümayəndə bildirib ki, imzalanmış memorandum əsasında Avropa İttifaqı Azərbaycanla enerji təhlükəsizliyinə dair əməkdaşlığı Aİ-nin Türkiyə ilə münasibətlərindən asılı olmayaraq davam etdirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR