Mixail Saakaşvili: “Gürcüstanın Azərbaycanla sərhədi digər ölkələrlə sərhədə nisbətən daha az təhlükəlidir”

Mixail Saakaşvili: “Gürcüstanın Azərbaycanla sərhədi digər ölkələrlə sərhədə nisbətən daha az təhlükəlidir”
# 18 dekabr 2006 09:19 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərasimdə çıxış edən M.Saakaşvili Azərbaycanı Gürcüstana dost ölkə adlandırıb, sərhədin bu hissəsinin digər ərazilərlə müqayisədə daha az təhlükəli olduğunu bildirib: “Buna baxmayaraq, bütün istiqamətlərdə sərhədi yaxşı qorumaq lazımdır”.
Gürcüstan Sərhəd Polisinin rəisi Badri Bitadze jurnalistlərə bildirib ki, Laqodex Regional Sərhəd İdarəsi Gürcüstan-Rusiya sərhədinin 205, Gürcüstan-Azərbaycan sərhədinin isə 50 km-ni mühafizə edir. Dedopliskaro Regional Sərhəd İdarəsi isə Gürcüstan-Azərbaycan sərhədinin 305 km-ni qoruyur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR