Qənimət Zahid: “Məhkəmə icraçılarının apellyasiya şikayətinin nəticəsini gözləmədən əmlakımı müsadirə etmək istəkləri qanuna ziddir”

Qənimət Zahid: “Məhkəmə icraçılarının apellyasiya şikayətinin nəticəsini gözləmədən əmlakımı müsadirə etmək istəkləri qanuna ziddir”
# 18 dekabr 2006 09:57 (UTC +04:00)
“Səbayel rayonu məhkəmə icraçılarının apellyasiya şikayətinin nəticəsini gözləmədən əmlakımı müsadirə etmək istəkləri qanuna ziddir. Çünki Apellyasiya Məhkəməsi bizim müraciətimizlə bağlı hələ heç bir qərar qəbul etməyib”. Bu sözləri APA-ya açıqlamasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyib. Onun sözlərinə görə, əslində məhkəmə icraçılarının siyahıya alacağı qiymətli əmlakı olmayıb: “Məhkəmə icraçıları evə gələndə mən işdə olmuşam. Onlar maraqlanıblar, görüblər ki, müsadirə etməli bir şey yoxdur. Həmin evdə kirayə yaşadığımı bildikdən sonra çıxıb gediblər”. Q.Zahid bildirib ki, rəhbərlik etdiyi qəzetdə prezidentin keçmiş köməkçisi Tariyel Ağayev və onun qohumları ilə bağlı dərc edilən yazı ilə əlaqədar Səbayel rayon Məhkəməsi baş redaktoru 25 min manat, qəzeti isə 40 min manat cərimələyib: “Amma məhkəmə bizim yazdıqlarımızla bağlı heç bir araşdırma aparmadığına görə apellyasiya şikayəti vermişik. Proses başa çatmayıb ki, ev, yaxud əmlak müsadirə edilsin”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR