Seçici siyahıları yenidən dəqiqləşdiriləcək

Seçici siyahıları yenidən dəqiqləşdiriləcək
# 18 dekabr 2006 11:13 (UTC +04:00)
2007-ci ilin yanvarından başlayaraq seçki məntəqələrində olan seçici siyahılarının yenidən dəqiqləşdirilməsi prosesi başlanacaq. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq hər ilin birinci rübündə seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesi aparılmalıdır. MSK katibi bildirib ki, proses zamanı dünyasını dəyişmiş və yaşayış yerini dəyişən seçicilər siyahılardan çıxarılacaq. Seçki məntəqələrinin ərazisinə yeni gəlmiş və səsvermə yaşı çatmış seçicilər isə yeni siyahılara salınacaq. N. Məmmədov bu prosesin marta kimi davam edəcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR