Vurğun Əyyub: “İsa Qəmbərlə görüşdə mənim partiyadakı proseslərlə bağlı iradlarım da müzakirə olundu”

Vurğun Əyyub: “İsa Qəmbərlə görüşdə mənim partiyadakı proseslərlə bağlı iradlarım da müzakirə olundu”
# 18 dekabr 2006 11:24 (UTC +04:00)
“İsa Qəmbərlə keçirdiyimiz görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və partiya daxilindəki proseslər müzakirə olunub. Mən partiyadakı proseslərlə bağlı iradlarımı mətbuatda demişdim və təbii ki, görüşdə bu məsələlər ətrafında da müzakirə aparıldı”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. Qeyd edək ki, ötən bazar günü Müsavat Partiyasının rəhbərliyində təmsil olunan bir qrup şəxs partiyanın başqanı İsa Qəmbərlə görüş keçirib. Görüşdə partiya Məclisinin sədri Sülhəddin Əkbər, Divan üzvləri Vurğun Əyyub, Qubad İbadoğlu, Məclis üzvləri Hikmət Hacızadə, Tofiq Hüseynli (“Qara Tofiq”) və partiya başqanının müşaviri Səxavət Əlisoy iştirak ediblər. Müzakirə olunan məsələlərin detallarını açıqlamaq istəməyən V. Əyyub yalnız onu qeyd edib ki, İ. Qəmbər qaldırılan məsələlərə münasibət bildirib. Partiya Məclisinin dekabrın 23-də keçiriləcək iclasında irad və təkliflərini yenidən səsləndirmək fikrində olub-olmadığına dair sualı cavablandıran V. Əyyub bu barədə qərarını iclasın gedişində verəcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR