Azərbaycan və Rusiya ikitərəfli parlamentlərarası komissiyasının növbəti iclası 2007-ci ilin mayında Rusiyada keçiriləcək

Azərbaycan və Rusiya ikitərəfli parlamentlərarası komissiyasının növbəti 7-ci iclası 2007-ci ilin may ayında Rusiyada keçiriləcək. APA-nın məlumatına görə, bu barədə komissiyanın Azərbaycan tərəfdən həmsədri Valeh Ələsgərov bildirib. V.Ələsgərovun sözlərinə görə, iclasda müzakirə olunması nəzərdə tutulan məsələlər sabah komissiyaların birgə iclasında razılaşdırılacaq.
Qeyd edək ki, parlamentlərarası komissiyanın dekabrın 18-də Bakıda başlayan iclasında gömrük prosedurları, sərhədlərin delimitasiyası, ticari əlaqələr, həmçinin Rusiyadakı Azərbaycanlı miqrantların vəziyyəti və digər məsələlər müzakirə olunub. /APA/

Daxili siyasət
Laçını tərk edən ermənilərin evləri və meşələri yandırmasını əks etdirən görüntülər yayılıb - VİDEO

Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilir

MSK Katibliyinin yeni strukturu təsdiqlənib