Asim Mollazadə Los-Anceles şəhərinin rəhbərliyi ilə görüşüb

Asim Mollazadə Los-Anceles şəhərinin rəhbərliyi ilə görüşüb
# 18 dekabr 2006 11:41 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ səfəri çərçivəsində Kaliforniyada Los-Anceles Şəhər Şurasının sədri Erik Qarsetti və qurumun üzvləri ilə görüşüb. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Kaliforniya ştatı ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə edilib. DİP sədri Türkiyənin Los-Ancelesdəki baş konsulu Engin Ansay və Azərbaycan Baş Konsulluğunun təşəbbüsü ilə şəhərin azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüb. Bu gün isə A. Mollazadənin Kaliforniya ştatının Senatının üzvləri, o cümlədən Senatda əksəriyyət təşkil edən qrupun sədri Karen Bassla görüşü nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR