Svetlana Orlova: “Rusiyada miqrantların müəyyən şərtlərlə leqallaşdırılmasını nəzərdə tutan yeni qanun qəbul ediləcək”

Svetlana Orlova: “Rusiyada miqrantların müəyyən şərtlərlə leqallaşdırılmasını nəzərdə tutan yeni qanun qəbul ediləcək”
# 18 dekabr 2006 11:59 (UTC +04:00)
“Rusiyada yaşayan azərbaycanlı miqrantların qeydiyyatı ilə bağlı məsələ gələn il həllini tapacaq”. APA-nın bildirdiyinə görə, bu sözləri Azərbaycan-Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədri Svetlana Orlova deyib. S.Orlovanın bildirdiyinə görə, sözügedən məsələ Azərbaycan və Rusiyanın əmək nazirləri arasında müzakirə olunub və razılıq əldə edilib. O, gələn ilin yanvarında Rusiyada miqrantların müəyyən şərtlərlə leqallaşdırılmasını nəzərdə tutan yeni - ikinci qanunun qəbul ediləcəyini də vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR