ABŞ dövlət katibinin köməkçisi Barri Lovenkron dini konfessiyaların rəhbərləri ilə görüşüb

ABŞ dövlət katibinin köməkçisi Barri Lovenkron dini konfessiyaların rəhbərləri ilə görüşüb
# 18 dekabr 2006 13:19 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, habelə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi iştirak ediblər. Görüşdə Azərbaycandakı dini durumla bağlı müzakirələr aparılıb. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Azərbaycanda müxtəlif dinləri təmsil edən qurumların fəaliyyəti üçün lazımı şəraitin yaradıldığını, ölkədə din və vicdan azadlığının mövcudluğunu diqqətə çatdırıb. B. Lovenkron Azərbaycanın dini tolerantlığa görə, digər ölkələrə nümunə ola biləcəyini vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR