Bakı şəhər Baş Polis İdarəsi və Ədliyyə Nazirliyi məhkəməyə verilib

Bakı şəhər Baş Polis İdarəsi və Ədliyyə Nazirliyi məhkəməyə verilib
# 18 dekabr 2006 15:05 (UTC +04:00)
Bu gün AXCP sədri Əli Kərimli, “Yeni Nəsl” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycanda Demokratik İnkişafı Fondunun prezidenti Rahim Hacıyev, “Bizim Yol” qəzetinin baş redaktor əvəzi Elçin Rüstəmov I saylı İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər. AXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciət sözügedən təşkilatların Xaqani 33 ünvanında yerləşdikləri binadan çıxarılmaları ilə bağlıdır. Müraciətdə noyabrın 25-də saat 8.30 radələrində Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının adı çəkilən təşkilatların binadan çıxarması zamanı həmin binada yerləşən təşkilatlara heç bir rəsmi sənəd və məhkəmə qətnaməsinin surətinin təqdim olunmadığı, binadan zorla çıxarıldıqları bildirilib. Köçürülmə zamanı isə təşkilatlara aid avadanlıqların böyük hissəsinin yarasız hala salındığı qeyd olunub. Müraciət müəllifləri məhkəmə qətnaməsinin təqdim olunmadığını, icranın könüllü yerinə yetirilməsinə vaxt verilmədiyini, əmlakın siyahıya alınmadığını, köçürülmənin qeyri-iş günü həyata keçirildiyini əsas gətirərək bütün addımların qanunazidd olduğunu bildiriblər. Müraciətdə Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin və Ədliyyə Nazirliyinin hərəkətlərinin qanuna zidd olması ilə bağlı qətnamənin çıxarılması xahiş olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR