AXCP 2007-ci il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək

AXCP 2007-ci il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək
# 18 dekabr 2006 15:15 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası 2007-ci il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək məqsədilə işçi qrupu yaradıb. Bu barədə APA-ya AXCP-nin mətbuat xidmətindən məlumat verilib. Partiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında işçi qrupunun tərkibi müəyyənləşib və sədrin siyasi məsələlər üzrə müavini Fuad Mustafayev qrupa rəhbər təyin olunub. Bundan əlavə, iclasda bildirilib ki, partiyanın Xaqani 33 ünvanından köçürülməsi zamanı dəymiş zərərin miqdarı müəyyənləşdirilir. Zərər müəyyən edildikdən sonra onun ödənilməsi üçün məhkəməyə müraciət olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR