Türkiyənin Azərbaycandakı yeni səfiri yanvarın 15-də Bakıya gələcək

Türkiyənin Azərbaycandakı yeni səfiri yanvarın 15-də Bakıya gələcək
# 19 dekabr 2006 07:29 (UTC +04:00)
Bu barədə APA-nın Türkiyə bürosuna səfirin özü məlumat verib. H. A. Karslıoğlu hazırda Ankaradakı əcnəbi diplomatik missiyalar və dövlət orqanlarında vida görüşləri keçirdiyini və bu prosesin ilin sonunda başa çatacağını bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi sistemində yerdəyişmələr və rotasiya prosesi isə davam etdirilir. Bağdadda səfir olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviköz XİN aparatında məsul vəzifəyə çağırılıb. XİN-in mətbuat katibi Namıq Tan isə İsrailə səfir göndərilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR