İtaliyada "Azərbaycan - İpək Yolu üzərində qədim torpaq" adlı tədbir keçirilib

İtaliyada "Azərbaycan - İpək Yolu üzərində qədim torpaq" adlı tədbir keçirilib
# 19 dekabr 2006 08:40 (UTC +04:00)
Dekabrın 11-də İtaliyanın Peruca şəhərindəki Əcnəbilər Universitetində (Universitä per Stranieri di Perugia) Azərbaycanın bu ölkədəki səfirliyi və İtaliya-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş "Azərbaycan - İpək Yolu üzərində qədim torpaq" adlı tədbir keçirilib. XİN Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin rektoru xanım Stefania Giannini açaraq Azərbaycan və İtaliya arasındakı əməkdaşlıq barədə danışıb. Sonra çıxış edən İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri Zaur Fərhadov Azərbaycanın qədim tarixi, mədəniyyəti, musiqisi, universitetin azərbaycanlı tələbələri isə Nizami Gəncəvinin "Xəmsə"si və Qurban Səidin (Əsəd bəy) "Əli və Nino" əsəri barədə məlumat veriblər. Sonda qonaqlara Azərbaycanın milli şirniyyatları paylanıb, Azərbaycan musiqisi səsləndirilib və universitetin azərbaycanlı tələbələri tərəfindən milli rəqslərimiz ifa edilib. Tədbirə universitetin professor-müəllim heyəti, tələbələri, şəhərin ictimai, elm-təhsil müəssisələrinin nümayəndələrindən ibarət çoxsaylı qonaqlar qatılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR