QAT sədri Akif Nağı Qarabağ danışıqlarının gedişi ilə bağlı mətbuat konfransı keçirib

QAT sədri Akif Nağı Qarabağ danışıqlarının gedişi ilə bağlı mətbuat konfransı keçirib
# 19 dekabr 2006 11:34 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Nağı bildirib ki, beynəlxalq təşkilatlar və məsələnin həllində maraqlı olan dövlətlər Azərbaycanı təslimçi sülhə təhrik edirlər. O, bəzi qəzetlərin də bu siyasi xətti təbliğ etdiyini deyib: “Robert Köçəryanın danışıqların dondurulması haqda verdiyi son bəyanat proseslərin Ermənistanın diqtəsi ilə aparıldığını müəyyən edib. Azərbaycanın bu danışıqları davam etdirməsi ərazilərimizin işğal faktının rəsmiləşdirilməsi ilə nəticələnəcək. Belə vəziyyətdə Azərbaycan cəmiyyətinin fəallaşmasına və ərazilərin itirilməsinin qarşısını alınmasına ehtiyac var”. A. Nağı bir neçə gün öncə regionlarda olduğunu və əhalinin də danışıqların gedişindən narazı olduğunu, cəmiyyətdə müharibə əhval-ruhiyyəsinin artdığını qeyd edib: “Sadə Azərbaycan vətəndaşı işğalçı Ermənistana qarşı sanksiya tətbiq edilməməsindən narahatdır. Əhali beynəlxalq təşkilatları obyektiv mövqe tutmamaqda da ittiham edir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR