Təbriz əhalisi azərbaycanlıları təhqir edən “Şimali İran” qəzetini almaqdan imtina edir

Təbriz əhalisi azərbaycanlıları təhqir edən “Şimali İran” qəzetini almaqdan imtina edir
# 19 dekabr 2006 11:53 (UTC +04:00)
Tehranda nəşr edilən və Azərbaycan dövlətçiliyinin ünvanına təhdid dolu məqalələr dərc edən “Şimali İran” qəzetinin alınmasına Təbriz əhalisi tərəfindən qadağa qoyulub. “Yarpaq” qəzetinin redaktoru Səid Muğanlı APA-ya verdiyi məlumata görə, qəzetin heç bir sayı təbrizlilər tərəfindən köşklərdən alınmır. Bu səbəbdən İran hökuməti qəzetin dövlət qurumlarına abunə yazılışını təmin edib.
Xatırladaq ki, Tehranda İran hökumətinin dəstəyi ilə nəşr edilən “Şimali İran” qəzeti ilk sayından öz səhifələrində Azərbaycan Respublikasının dövlət rəmzlərini, rəsmi şəxslərini, ərazi bütövlüyünü təhqir və təhdid edən məqalələr dərc edir. Qəzet fars ideologiyasına uyğun olaraq Azərbaycan Respublikasını İranın şimal əyaləti hesab edərək, yaxın zamanlarda İranın bütövləşəcəyini qeyd edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR