Polşalı hüquq müdafiəçisi Marek Novitskinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Polşalı hüquq müdafiəçisi Marek Novitskinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 19 dekabr 2006 12:17 (UTC +04:00)
Bu gün İnsan Hüquqları və Qanunvericiliyin Müdafiəsi bürosu Şərqi Avropa dissident hərəkatının görkəmli nümayəndəsi, Polşa Helsinki İnsan Hüquqları Fondunun yaradıcısı və rəhbəri, tanınmış hüquq müdafiəçisi və maarifçisi Marek Novitskinin xatirəsinə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə hüquq müdafiəçiləri, politoloqlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Hüquq müdafiəçisi Səidə Qocamanlı tədbirin keçirilməsində məqsədin M. Novitskiyə olan ehtiramı nümayiş etdirmək olduğunu bildirib: “Demokratiya və insan hüquqlarını Marek Novitiskidən öyrənmişəm, onu özümə müəllim sayıram. Dünya miqyasında tanınmış maarifçi olmaqla yanaşı, o, Azərbaycanı da çox sevirdi”. S. Qocamanlı deyib ki, Azərbaycanın 58 gənc QHT nümayəndəsi M. Novitskinin kurslarında iştirak edib. Tədbirdə iştirak edən digər politoloq və hüquq müdafiəçiləri çıxışlarında M. Novitskinin müxtəlif cəmiyyətləri və toplumları birləşdirən nəzəriyyənin əsasını qoyduğunu vurğulayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR