Milli Məclis su, qaz və elektrik enerjisi oğurluğunun qarşısını almaq üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edib

Milli Məclis su, qaz və elektrik enerjisi oğurluğunun qarşısını almaq üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edib
# 19 dekabr 2006 12:18 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasının birinci hissəsində ötən iclasda qəbul edilməyən bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı məsələnin müzakirəsi davam etdirilib. Qeyd edək ki, müzakirəyə çıxarılan məsələ su, qaz və elektrik enerjisinin talan olunmasının qarşısının alınması məqsədi ilə Cinayət Prosessual, Mülki Prosessual və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik olunmasını nəzərdə tutur. APA-nın məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov deyib ki, ötən dəfəki iclas zamanı deputatların irəli sürdüyü rəy və təkliflər nəzərə alınıb və enerjinin talan olunmasına görə təklif olunan sanksiyalar bir qədər də yumşaldılacaq. Ə. Hüseynov deyib ki, burada cinayət məsuliyyəti enerjinin istifadəsinə görə borcu olan insanlara deyil, onu oğurlayanlara qarşı nəzərdə tutulub. Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul olunub. Bundan sonra deputatlar “Yol hərəkəti haqqında”, “Notariat haqqında”, “İnzibati icraat haqqında” qanunlara dəyişiklikləri və bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklikləri müzakirə edərək qəbul ediblər. İclasda həmçinin “Onkoloji yardım haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR