ABŞ dövlət katibinin köməkçisi Barri Lovenkron Azərbaycan hüquq-müdafiə təşkilatlarının rəhbərləri ilə görüşüb

ABŞ dövlət katibinin köməkçisi Barri Lovenkron Azərbaycan hüquq-müdafiə təşkilatlarının rəhbərləri ilə görüşüb
# 19 dekabr 2006 12:48 (UTC +04:00)
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Barri Lovenkron ölkədə fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının rəhbərləri ilə görüşüb. APA-nın məlumatına görə, qonağı hüquq müdafiəçilərinə təqdim edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi bildirib ki, bu, Barri Lovenkronun Azərbaycana ilk səfəridir. Daha sonra söz alan B. Lovenkron deyib ki, demokratiyanın inkişafının üç əsas məqamı var: “Birincisi seçki vasitəsilə əldə olunan hakimiyyət (buraya media da daxildir), ikincisi effektiv idarəetmə, üçüncüsü hakimiyyətə gələn qüvvənin dövlət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsidir”.
Bundan sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR