Sabir Rüstəmxanlı seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifini real saymır

Sabir Rüstəmxanlı seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifini real saymır
# 19 dekabr 2006 13:54 (UTC +04:00)
“Müsavatçı deputatlar parlamentdə əyləşiblərsə, bu partiya MSK-ya da öz nümayəndəsini göndərməli idi”. Bu sözləri APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib. Onun sözlərinə görə, bir il əvvəl Müsavat Partiyası vaxtında parlamentə getsəydi, müxalifət MSK-da daha geniş tərkibdə təmsil olunar, məntəqə və dairə seçki komissiyalarında hakimiyyətin öz nümayəndələrini yerləşdirməsinin qarşısı alınardı: “Acı boykot təcrübələrindən nəticə çıxarmamağımız həmişə ciddi problemlər yaradır. Biz həmişə boykota qarşı olmuşuq. Bu boykotların heç bir real nəticəsi olmur. Azərbaycanda boykot texnologiyası yoxdur. Amma dostlarımız boykot, imtina çağırışlarını hələ də davam etdirirlər”. Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifinə gəldikdə, S. Rüstəmxanlı bunu real saymır. VHP sədri bildirib ki, bu təklifi irəli sürənlər həmişə bir tərəfdə hakim partiyanı, digər tərəfdə isə özlərini görüblər: “Paritetin bir tərəfi məlumdur. Bəs o biri kim olacaq? Axı müxalifətin ümumi birliyi yoxdur. Bu şəraitdə paritet heç nə verməyəcək, sadəcə, hər şeyi iflic vəziyyətinə salacaq. Müxalifət daxilində razılıq olmadan paritet əsaslardan danışmaq mümkün deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR