Gələn ilin əvvəllərində Bakıda Litva Respublikasının səfirliyi fəaliyyətə başlayacaq

Gələn ilin əvvəllərində Bakıda Litva Respublikasının səfirliyi fəaliyyətə başlayacaq
# 19 dekabr 2006 14:20 (UTC +04:00)
2007-ci ilin əvvəllərində Bakıda Litva Respublikasının səfirliyi fəaliyyətə başlayacaq. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Artıq Litva Xarici İşlər Nazirliyi bununla bağlı siyasi qərar qəbul edib. Bakıda Litva səfirliyinin açılması bu ilin sonuna nəzərdə tutulsa da, hazırlıq işləri ilə əlaqədar proses bir qədər ləngiyib. Qeyd edək ki, buna qədər Litvanın Azərbaycanda səfiri missiyasını bu ölkənin Türkiyədəki diplomatik nümayəndəliyinin rəhbəri icra edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR