Barri Lovenkron: “Azərbaycanla ABŞ-ın təhlükəsizlik məsələlərində əməkdaşlığı inkişaf edir”

Barri Lovenkron: “Azərbaycanla ABŞ-ın təhlükəsizlik məsələlərində əməkdaşlığı inkişaf edir”
# 19 dekabr 2006 15:23 (UTC +04:00)
“Azərbaycan 11 sentyabr hadisələri zamanı Vaşinqtona dəstək verən ilk dövlətlərdən biri olub. Azərbaycan hərbçiləri koalisiya qüvvələrinin tərkibində Əfqanıstan və İraqda terrorizmə qarşı mübarizədə aktiv iştirak edirlər. Bu dəstəyə görə Azərbaycana öz təşəkkürümüzü bildiririk”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Barri Lovenkron Azərbaycan Dövlət Dillər Universitetində çıxışı zamanı söyləyib. O, Azərbaycanla ABŞ-ın təhlükəsizlik məsələlərində ikitərəfli əməkdaşlığının inkişaf etdiyini bildirib. “Bizim əməkdaşlığımız qlobal və regional təhlükəsizlik, stabilliyin qorunması, qlobal enenrji təhlükəsizliyin yaradılması, demokratiya və azadlığın inkişafı prinsiplərinə əsaslanır. Hər ölkənin öz demokratiya yolu var, ancaq ölkələrin hamısında demokratiyanın əsas elementləri eynidir. Biz Azərbaycanda demokratiyanın beş sahədə - qanunvericilik, azad siyasi proseslər, media azadlığı, insan haqlarına hörmət və savadlı vətəndaş cəmiyyəti sahələrində tərəqqi müşahidə edirik”. Barri Lovenkron Azərbaycanın məhkəmə sistemində bir sıra müvəffəqiyyətlərə nail olunduğunu deyib. ANS telekanalının yayımının bərpa olunmasını alqışlayan ABŞ rəsmisi azad medianı demokratiyanın əsaslarından biri adlandırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR