Azərbaycan Milli Məclisin sədri Rumıniya prezidenti ilə görüşüb

Azərbaycan Milli Məclisin sədri Rumıniya prezidenti ilə görüşüb
# 19 dekabr 2006 15:39 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov Rumıniyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Trayan Basesku ilə görüşüb. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumat görə, görüşdə ikitərəfli əlaqələr, iki ölkə arasındakı iqtisadi münasibətlər müzakirə olunub. Eyni zamanda Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərləri barədə danışılıb, gələcək görüşlər haqqında müzakirələr aparılıb.
Daha sonra spiker Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları ilə görüşüb. Görüşdə səfirliyin fəaliyyət prinsipləri, gələcək perspektivlərlə bağlı müzakirələr aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR