Milli Məclisin Sosial siyasət daimi komissiyasının iclası keçirilib

Milli Məclisin Sosial siyasət daimi komissiyasının iclası keçirilib
# 19 dekabr 2006 16:25 (UTC +04:00)
Bu gün Milli Məclisin Sosial siyasət daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komissiyanın sədri Hadi Rəcəbli müzakirəyə təqdim olunan “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə məlumat verib. Onun sözlərinə görə, qanuna təklif olunan əlavə və dəyişikliklərin açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində cəza çəkən yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, onların mənəvi-psixoloji durumlarının yaxşılaşdırılmasına xidmət edir: “Bununla da məhbuslar arasında fiziki gücün və xüsusi vasitələrin tətbiqi aradan qaldırılır”. Məsələ parlamentə tövsiyə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR