TÜRKSOY-un baş direktoru vəzifəsi altı aylıq Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koça həvalə olunub

TÜRKSOY-un baş direktoru vəzifəsi altı aylıq Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koça həvalə olunub
# 19 dekabr 2006 16:37 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, TÜRKSOY-un iki gün davam edən toplantısının sonunda yekun sənəd qəbul edilib. Yekun sənəddə YUNESKO və digər beynəlxalq mədəniyyət təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, bu təşkilatlara birgə ortaq layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanmasının vacibliyi qeyd olunub. TÜRKSOY-un son toplantısında həmçinin 2007-ci il üçün fəaliyyət planı qəbul edilib, TÜRKSOY-un müxtəlif strukturlarının əsasnamələrinə müəyyən dəyişikliklər edilib. İclasda həmçinin TÜRKSOY-un nəzdində qurulan Beynəlxalq Türk Xalq Mədəniyyət Mirası Mərkəzinin yaradılması, onun baş ofisinin Bakıda yerləşməsi barədə də qərar qəbul edilib. Təşkilati məsələlərlə bağlı müzakirə aparan TÜRKSOY üzvləri bundan sonar baş direktorluğa seçilən şəxsin nazir olmaması və hər kəsin ən çox iki dəfə seçilmək hüququ olması barədə də razılığa gəliblər. TÜRKSOY-un 24-cü iclasının 2007-ci ilin iyun ayında Qazaxıstanın Astana şəhərində keçirilməsi barədə qərar qəbul edilib. Qurumun baş direktorunun seçilməsi məsələsi indiyə qədərki director, Azərbaycanın keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun iclasda iştirak etməməsi səbəbindən keçirilməyib. Altı aylıq müddət ərzində isə qurumda koordinatorluq Türkiyəyə tapşırılıb. Türkiyədən TÜRKSOY-un baş ditrektorluğu ilə bağlı koordinatorluğu bu ölkənin mədəniyyət və turizm naziri Atilla Koç həyata keçirəcək.
Qeyd edək ki, 1993-cü ildən TÜRKSOY-un baş direktoru vəzifəsini Polad Bülbüloğlu icra edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR