Nazirlər Kabineti 2007-ci ilin bayram günləri ilə əlaqədar qərar verib

Nazirlər Kabineti 2007-ci ilin bayram günləri ilə əlaqədar qərar verib
# 20 dekabr 2006 08:45 (UTC +04:00)
Nazirlər Kabinetindən APA-ya bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən 2007-ci ildə Novruz bayramı 20, 21, 22, 23, 24 mart, Ramazan bayramı 12-13 oktyabr, Qurban bayramı isə 20-21 dekabr tarixlərinə təsadüf edir. Qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü sayılmır. 2007-ci ildə yanvarın 3-ü, 4-ü, 5-i, oktyabrın 15-i və martın 26-sı istirahət günləridir. Bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR