“Bizim Azərbaycan” bloku iqtidarla müxalifətin dialoqu təklifini dəstəkləyib

“Bizim Azərbaycan” bloku iqtidarla müxalifətin dialoqu təklifini dəstəkləyib
# 20 dekabr 2006 11:30 (UTC +04:00)
Bu gün “Bizim Azərbaycan” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Blokun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi, iqtidar-müxalifət dialoqu ətrafında müzakirələr aparılıb. Blok üzvləri iqtidarla müxalifət arasında müzakirələrin başlanılmasını vacib hesab ediblər və müxalifətin bütün spektrinin bu prosesdə iştirakını təklif ediblər. Sədrlər Şurası dekabrın 24-də blokun Məclisinin ilk sessiyasının keçirilməsi barədə qərar qəbul edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR