Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib

Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib
# 20 dekabr 2006 12:02 (UTC +04:00)
Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Hərbi xidmətə çağırışın əsasları haqqında” və “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” qanuna əlavələr edilməsi ilə bağlı məsələ müzakirə olunub. Komissiya sədri Ziyafət Əsgərov “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanunun 23-cü maddəsinə texniki xarakterli dəyişiklik edildiyini bildirib. Onun sözlərinə görə, “Əhalinin dövlət reyestri haqqında” qanunun tətbiqi ilə əlaqədar 1994-cü ildə qəbul edilən “Şəxsiyyət vəsiqəsi haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən vətəndaşlar 25, 35 və 50 yaşlarında şəxsiyyət vəsiqələrini dəyişərkən onların hərbi mükəlləfiyyəti də bu sənəddə göstərilməlidir. Hər iki dəyişiklik komissiya üzvləri tərəfindən qəbul edilərək parlamentin müzakirəsinə tövsiyə olunub. Daha sonra müzakirələr jurnalistlərin iştirakı olmadan davam etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR