Müdafiə naziri Səfər Əbiyev Bəhreyn Krallığının müdafiə nazirini qəbul edib

Müdafiə naziri Səfər Əbiyev Bəhreyn Krallığının müdafiə nazirini qəbul edib
# 20 dekabr 2006 13:32 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ölkəmizə şəxsi səfərə gəlmiş Bəhreyn Krallığının müdafiə naziri Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. S. Əbiyev görüşdə Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət və Azərbaycanın Ermənistanla müharibə şəraitində olması barədə məlumat verib, Azərbaycanın iqtisadi inkişafından, Bakı-Tiflis-Ceyhan Əsas İxrac Neft Kəmərinin istifadəyə verilməsindən, Bakı-Tiflis-Ərzurum Qaz Kəmərinin inşasından söhbət açıb: “Azərbaycan bütün qonşu dövlətlərlə sülh şəraitində yaşamağa üstünlük verir, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin də dinc yolla həllinə çalışır. Lakin Ermənistanın destruktiv mövqe tutması münaqişənin həllinə maneçilik törədir. Əgər danışıqlar nəticə verməsə, biz torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik”. İki dövlət arasında hərbi əməkdaşlığa toxunan Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə deyib ki, ölkəsi bu sahədə Azərbaycanda saziş imzalamaq niyyətindədir: “Biz inanırıq ki, Azərbaycan Böyük Allahın köməyi ilə öz ərazi bütövlüyünü bərpa edəcək. Bəhreyn krallığı dövləti bu məsələdə onu tam şəkildə dəstəkləyir”. /APA/
.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR