Lalə Şövkət Hacıyeva: “Seçki Məcəlləsində dəyişiklik olmayacağı halda, “Azadlıq” bloku 2008-ci il prezident seçkilərində iştirak etməyəcək”

Lalə Şövkət Hacıyeva: “Seçki Məcəlləsində dəyişiklik olmayacağı halda, “Azadlıq” bloku 2008-ci il prezident seçkilərində iştirak etməyəcək”
# 22 dekabr 2006 13:23 (UTC +04:00)
“Azadlıq” blokunun fəaliyyətində heç bir ciddi problem yoxdur və biz əvvəlki qaydada öz işimizi davam etdiririk. Bundan əlavə, 2007-ci il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdiririk və yanvarda bununla bağlı qərar qəbul ediləcək”. APA-nın məlumatına görə, bu açıqlamanı Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva üzvü olduğu “Azadlıq” blokunun fəaliyyətinin son vaxtlar zəifləməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. 2007-ci ilin yanvarında blokun Məclisinin də iclasını keçirəcəklərini qeyd edən L. Hacıyeva bildirib ki, onların fəaliyyətinin əsas istiqaməti seçki qanunvericiliyinin dəyişməsi ilə bağlı olacaq: “Bununla bağlı təkliflərimiz olub və növbəti ildə də mümkün addımlar atılacaq. Bütün beynəlxalq təşkilatlar və müxalifət seçki komissiyalarının paritet əsaslarla formalaşmasını təklif edir. Ona görə də həm bu təklif, həm də ATƏT-in 26 tövsiyəsinin reallaşması bizim üçün əsas istiqamətdir”. L. Hacıyeva Seçki Məcəlləsində dəyişiklik olmayacağı halda, blokun 2008-ci il prezident seçkilərində iştirak etməyəcəyini bir daha bəyan edib: “İqtidarın mitinqlərə, demokratik seçkilərə münasibəti bu şəkildə olduğu halda, biz heç nəyi dəyişə bilməyəcəyik. Ona görə də birinci növbədə şəraiti dəyişməyə çalışacağıq. Bizim əsas məqsədimiz şəraiti dəyişməkdir”.
Blokun Sədrlər Şurasının digər üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də qurumun fəaliyyətində durğunluğun olmadığını qeyd edib: “Durğunluq ümumilikdə cəmiyyətin özündə var. Blok öz fəaliyyətini proqramına uyğun olaraq davam etdirir, beynəlxalq qurumların nümayəndələri ilə görüşlər keçirilir və blokun strukturları formalaşdırılır. Sadəcə, AXCP-nin öz qərargahından çıxarılması ilə bağlı blokun fəaliyyətində də müəyyən problemlər yaranıb. Bu problemlər aradan qaldırılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR