Sərdar Cəlaloğlu: “Müraciətimizə cavab verməsələr, planlaşdırdığımız forumu YAP-ın iştirakı olmadan keçirəcəyik”

Sərdar Cəlaloğlu: “Müraciətimizə cavab verməsələr, planlaşdırdığımız forumu YAP-ın iştirakı olmadan keçirəcəyik”
# 22 dekabr 2006 13:30 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyası bizim müraciətimizə cavab verməsə, “Milli seçim” mövzusunda planlaşdırdığımız forumu YAP-ın iştirakı olmadan keçirəcəyik”. Bunu APA-ya açıqlamasında “Azərbaycan Uğrunda” Təşəbbüs Qrupunun üzvü, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Təşəbbüs Qrupunun üzvləri gələn həftənin sonuna kimi YAP-ın cavabını gözləyəcəklər. Cavab olmayacağı halda isə qrup üzvləri növbəti toplantılarını keçirərək forumun vaxtını müəyyənləşdirəcəklər: “Hakim partiyadan cavab gözləmək sonsuzluğa kimi davam edə bilməz. Biz onlara rəsmi müraciət etmişik, qəzetlər vasitəsilə məlumat çatdırmışıq və şəxsi görüşlərimizdə də bildirmişik. Gərək biz gözləməyək ki, hansısa xarici qüvvə gəlib bizi bir masa ətrafında əyləşdirəcək. Bu təşəbbüsü özümüz irəli sürmüşük və bu forumda milli problemləri müzakirə etmək fikrindəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR