“Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” məsələ Milli Məclisin iclasının gündəliyindən çıxarılıb

“Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” məsələ Milli Məclisin iclasının gündəliyindən çıxarılıb
# 22 dekabr 2006 14:38 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasında “Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” məsələ deputatların etirazına səbəb olduğu üçün gündəlikdən çıxarılıb. APA-nın məlumatına görə, iclas zamanı məsələ ilə bağlı parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə məlumat verib. O, Goranboy rayonunun Tatarlı kəndinin Səfikürd adlandırılmasının təklif olunduğunu bildirib. Deputat İqbal Ağazadə bu dəyişikliyə etiraz edərək deyib ki, Azərbaycanın yer adlarını kiminsə istəyi ilə dəyişmək olmaz. Qüdrət Həsənquliyev Tatarlı kəndinin Səfikürd adlandırılması ilə bağlı bir qrup ziyalı tərəfindən müraciət aldığını bildirib. Cəmil Həsənli isə müzakirənin dayandırılmasını və məsələ ilə bağlı araşdırma aparılmasını təklif edib. Məsələ deputatların narazılığına səbəb olduğu üçün onun Milli Məclisin Toponimiya komissiyasında araşdırılması məqsədəuyğun sayılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR