Azərbaycan Yolu Siyasi Hərəkatı prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminə dair son bəyanatını dəstəkləyən bəyanat verib

Azərbaycan Yolu Siyasi Hərəkatı prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminə dair son bəyanatını dəstəkləyən bəyanat verib
# 22 dekabr 2006 15:14 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) dövlət başçısı İlham Əliyevin Dağlıq Qarabağ probleminə dair son bəyanatını dəstəkləyən bəyanat verib. AYSH-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda prezident İ. Əliyevin fikirlərinin ölkə əhalisi tərəfindən də yüksək qiymətləndirildiyi qeyd olunub: “Azərbaycan Yolu Siyasi Hərəkatı ölkə prezidentinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son bəyanatını dəstəkləyir və bu cür qətiyyətli mövqenin bundan sonra da davam etdirilməsini düzgün yol hesab edir. Hərəkat ümidvardır ki, bu cür qətiyyətli çıxışlar söz olaraq qalmayacaq və problemin həllində 14 illik uğursuzluqlara son qoyacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR